UEFA koronavirus pandemiyas ilə əlaqədar dayandırılan Çempionlar Liqasına 8-lər finalı ilə yekun vurmaq istəyir.
Sportnet.az “La Repubblica” nəşrinə istinadən xəbər verir ki, qurum yarışı neytral məkanda başa vurmaq niyyətindədir.
Final matçının Türkiyədə keçirilməsi də sual altına düşə bilər. Buna səbəb qonşu ölkədə infeksiya sayının artmasıdır.
Qeyd edək ki, UEFA aprelin 23-də quruma üzv olan 55 milli assosiasiya ilənövbəti videokonfrans keçirəcək. Çempionlar Liqasının finalı Türkiyənin İstanbul şəhərindəki Atatürk Olimpiya Stadionunda keçirilməlidir.