İngiltərənin "Tottenhem" klubunun ev oyunlarını keçirdiyi eyniadlı stadionun park sahəsi Şimali Middlesex xəstəxanasının istifadəsinə verilib.
Sportnet.az London təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, arenada koronavirusla mübarizə çərçivəsində test edilməyə başlanılıb.
Stadionda gündəlik 70-ə yaxın analiz götürüləcəyi bildirilib.
Qeyd edək ki, "Tottenhem" İngiltərədə hələlik stadionunun qapılarını koronavirus testlərinin edilməsi üçün açan yeganə klubdur.