
Almaniyada istənilən kütləvi idman yarışlarının keçirilməsi koronavirus pandemiyası ilə əlaqədar avqustun 31-dək ləğv olunub.
Sportnet.az-ın "Kicker"ə istinadən verdiyi məlumata görə, bu barədə Almaniya hökuməti qərar qəbul edib. Lakin Bundesliqa qarşılaşmalarının azarkeşsiz təşkili müzakirəyə çıxarılmayıb. "Vahiməli oyunlar"ın aprelin 30-da növbəti iclasın gündəliyinə daxil ediləcəyi gözlənilir.
Qeyd edək ki, Bundesliqanın bərpasının mayın 2-də və ya 9-da gerçəkləşəcəyi gözlənilir. Qarşılaşmaların ciddi təhlükəsizlik tədbirləri - azarkeşlərin tribunalara girişinin qarşısının alınması və oyunçuların COVID-19 testindən məcburi keçmələri şəraitində təşkili nəzərdə tutulub.