Belçika “Anderlext”inin futbolçusu Samir Nasri koronavirus pandemiyası dövründə yoxa çıxıb.
Sportnet.az yerli mətbuata istinadən xəbər verir ki, komandası məşqlərini bərpa etsə də, fransalı yarımmüdafiəçisi klubun düşərgəsinə qayıtmayıb. Aprelin 1-dən Nəsri nə klub rəhbərliyi, nə məşqçilər, nə də futbolçularla əlaqə qurub. O, çempionatda yaranan fasilə zamanı fərdi məşqləri necə keçirdiyinə dair də klubda məlumat yoxdur. Futbolçunun "Instagram"dakı rəsmi səhifəsində də son paylaşımı 1 apreldə olub.
Qeyd edək ki, Samir Nasri “Anderlext”ə ötən yay İngiltərə “Vest Hem”indən transfer olunub. Bu mövsüm o, 7 oyuna 1 qol vurub.