FİFA-nın
1999-cu ildə dünyanın ən yaxşı futbolçusu seçilən Rivaldo öz klubunu satmaq
fikrinə düşüb. Sportnet.az-ın məlumatına görə, Braziliya millisinin keçmiş hücumçusu
özünə məxsus Braziliya klubu "Moji-Mirin”i satmağa hazırlaşır.
42
yaşlı braziliyalı şəxsi "İnstagram” səhifəsində klubun loqosunu yerləşdirərək
elan verib. Rivaldo elanda maraqlanan şəxslərin mail ünvanı ilə əlaqə saxlamağını
xahiş edib.
Qeyd edək ki, "Moji-Mirin” klubu növbəti mövsümdən etibarən Braziliyanın B seriyasında iştirak edəcək. Rivaldo 2008-ci ildən klubun prezidenti vəzifəsində çalışır.