Türkiyənin "Denizlispor" klubu futbolçusu Adam Staxovyakla yollarını ayırıb.
Sportnet.az xəbər verir ki, bu barədə Superliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, buna polşalı qolkiperin 2 aylıq maaşını ala bilmədiyi üçün müqaviləsini birtərəfli pozması səbəb olub.
Qeyd edək ki, 34 yaşlı qapıçı 2018-ci ildən "Denizlispor"da çıxış edirdi.