Ukrayna milli komandasının və Kiyev "Dinamo"sunun sabiq futbolçusu Aleksandr Əliyev paytaxt meri olmaq istəyir.
Sportnet.az-ın məlumatına görə, bu barədə əslən azərbaycanlı keçmiş yarımmüdafiəçi şəxsi "Instagram"ında canlı yayım zamanı açıqlama verib. Əliyev bu vəzifəyə seçilməklə, idmanı dirçəltmək istəyini ifadə edib: "Məmnuniyyətlə Kiyev meri olardım. İdmanı nə qədər ayağa qaldırardım".
Qeyd edək ki, daha əvvəl Aleksandr Əliyev Ukrayna Premyer Liqası və hətta Ukrayna Futbol Federasiyasına rəhbərlik etmək arzusunu dilə gətirib.