Almaniyanın Əmək Nazirliyi koronavirus pandemiyası ilə əlaqədar ölkə futbolçuları üçün əlavə ehtiyat tədbirləri görməyə hazırlaşır.
Sportnet.az-ın "Spiegel"də dərc olunan sənədə istinadən məlumatına görə, bura oyunlar zamanı qoruyucu maskaların taxılması da daxildir.
1. Oyunçulara matç zamanı maskalara toxunmaq qadağan ediləcək;
2. Maska oyun situasiyalarında sifətdən sürüşməməlidir;
3. Hər 15 dəqiqədən sonra futbolçulara nəfəs dərmək və maskaları dəyişmək imkanı vermək üçün görüş dayandırılmalıdır;
4. Fasilələr zamanı oyunçular bir-birilərindən 1,5 metr məsafə saxlamağa riayət etməlidirlər;
5. Hakimlər futbolçuları lüzumsuz təmasa, məsələn, qoldan sonra qucaqlaşmağa görə cəzalandıra bilərlər.
Qeyd edək ki, daha əvvəl Almaniyanın səhiyyə naziri Yens Şpan ölkədə futbol mövsümünün mayın 9-da bərpasının mümkünlüyünü bildirib. Lakin o, görüşlərin azarkeşsiz keçiriləcəyini əlavə edib.