Mən bu vəzifədə olduğum müddətdə heç vaxt mövsümün erkən başa çatmasına razı olmayacağam".
Sportnet.az-ın məlumatına görə, bunu İtaliya Futbol Federasiyasının prezidenti Qabriel Qravin "Football Italia" nəşrinə açıqlamasında deyib.
Federasiya rəhbəri bildirib ki, mövsüm vaxtından əvvəl başa çatsa, 700-800 milyon avro itirəcəklər: "Mövsümün erkən başa çatması İtaliya futbolunun ölümü deməkdir. Oyunlar azarkeşsiz keçirilsə, itkimiz 300 milyon avro olacaq. Fanatlarla keçiriləcəyi təqdirdə isə 100-150 milyon avro itirəcəyik".
Qeyd edək ki, İtaliya A Seriyası martın 11-də koronavirus pandemiyasına görə dayandırılıb.