Fransa millisinin futbolçusu Kilian Mbappe PSJ-də qalmağı düşünür.
Sportnet.az "L Equipe"ə istinadən xəbər verir ki, Paris təmsilçisi 21 yaşlı hücumçuya müqaviləni uzatmağı təklif edib.
Yeni sözləşmədə nəzərdə tutulan əmək haqqının həftədə 700 min avro - komandadakı digər oyunçu Neymarın maaşı ilə eyni olduğu bildirilir.
Bildirilib ki, Mbappe təklif olunan müqaviləni imzalasa, maaşı braziliyalı hücumçu səviyyəsinə çatdırılmaqdan ötrü ikiqat artılacaq.
Qeyd edək ki, Kilian Mbappenin klubla müqaviləsi 2022-ci ilin iyulunadəkdir. O, 2019/2020 mövsümündə komandada keçirdiyi 33 oyunda 30 qol vurub və 17 məhsuldar ötürmə ilə yadda qalıb.
Aprelin 30-da Fransa çempionatı vaxtından əvvəl rəsmən yekunlaşıb və PSJ mövsümün qalibi elan olunub.