Elşən MƏMMƏDOV
Türkiyədə hər gün koronavirusa minədək yoluxma, 100-dək ölüm baş verir. Amma klubları artıq məşqlərə başlayıb.
Azərbaycanda isə hələ də məşqlərə belə başlamağa icazə verilmir. Sanki bu məsələ 3-5 idman jurnalistindən başqa heç kimi maraqlandırmır.
Futbol ictimaiyyətinin nümayəndələri susur. Kimi dindirirsən, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarını gözlədiklərini deyir. Operativ Qərargah üçün isə futbol, kim bilir, neçənci plandadır. Bunu özləri ilə söhbətdə futbola etinasız yanaşmalarından da hiss etmək olar.
Bir neçə gün öncə Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədova "UEFA mayın 25-dək vaxt verib. Yaya qalsa, futbolçuların sağlamlığına ziyan ola bilər. Məşqlərə başlamaq olarmı" sualı ünvanlandıqda o, heç futbolun adını çəkmədən "Kütləvi tədbirlərə qadağa mayın 31-dək qüvvədədir" deyə "qısa və konkret" cavab verdi. TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı isə idman qurğularının mayın 31-dək bağlı olacağını vurğuladı.

Əlbəttə, qərar verilibsə, əməl etmək lazımdır. Amma məsələnin incəliklərini anlatmağa da böyük zərirət var.
Niyə Operativ Qərargah futbolu kütləvi tədbirlər kateqoriyasına daxil edir? Azarkeşlərə görəmi? Tamam. O zaman oyunları azarkeşsiz keçirin;
Oyunlar zamanı futbolçuların yaxın təmaslarına görəmi? OK. Qoy, hələ oyunlar başlamasın, heç olmasa, futbolçular yaşıl meydanlarda məşq üzü görsünlər.
Məşqdə də yoluxa bilərlərmi? Yaxşı. Onu da kiçik qruplar şəklində etsinlər, sosial məsafəni gözləsinlər. Necə ki, bu gün "Qalatasaray"ın məşqində ilk qrupda 2 qapıçı, 3 meydan oyunçusu olub.
Yəni, vəziyyətin detallı təhlili aparılsa, digər sahələrdəki kimi, idman sahəsində də karantin rejiminin yumşaldılması baş verə bilər. Lakin görünür, ya Operativ Qərargaha bunlar çatdırılmır, ya da Nazirlər Kabineti təkliflərə sadəcə məhəl qoymur.
Halbuki elə qərargahda keçirilən ənənəvi mətbuat konfranslarına Gənclər və İdman Nazirliyinin rəhbərliyini də dəvət etmək olar. Necə ki, əvvəllər jurnalistlərlə görüşə Təhsil naziri Ceyhun Bayramov başda olmaqla, digər dövlət qurumlarının rəhbər şəxsləri də gəliblər. Nəyə görə idman qurğularının aqibəti ilə bağlı suala nazirlik rəsmiləri yox, TƏBİB-dən cavab verilməlidir?
Azərbaycan Premyer Liqasında martın 13-dən fasilə yaranıb. Artıq iki aya yaxındır ki, futbolçulara "Evdə qal, evdə məşq et" deyilir. Amma axı onlar da hər gün təkrarlanan gimnastika hərəkətlərindən bezirlər. Mövsümün ən qızğın vaxtında çempionatın dayandırılması oyunçuların fiziki hazırlığına mənfi təsir göstərəcək və bunun acı nəticəsini klublar avrokuboklarda çəkəcəklər.
Ona görə də təşəbbüslər göstərilməli, müraciətlər ünvanlanmalı, çağırışlar edilməlidir ki, Nazirlər Kabineti yanında Operativ Qərargah da məsələnin ciddiliyinin fərqinə varsın.