"Zirə"nin sabiq futbolçusu Aleksandr Dedov Moldovanın "Sperantsa" klubu ilə yollarını ayırıb.
Sportnet.az-ın məlumatına görə, bu barədə Nisporenı təmsilçisinin baş məşqçisi Yuri Osipenko açıqlama verib. O, yığmanın yarımmüdafiəçisi ilə əməkdaşlığa qarşılıqlı razılıq əsasında son qoyduqlarını bildirib.
Qeyd edək ki, Aleksandr Dedov "Zirə"nin formasını 2018-ci ilin fevralından 2019-cu ilin mayınadək geyinib.