
"Neftçi" Peşəkar Futbol Klubunun televiziyası “Neftçi TV” iyulun əvvəlində fəaliyyə başlayacaq.
Sportnet.az-ın məlumatına görə, paytaxt təmsilçisi bununla bağlı vakansiya elan edib. Klub Efir, STS və səs rejisoru, CG operatoru və montajçı axtarır.
Azı 1 il iş təcrübəsi olan 25-40 yaşlı şəxslər CV-lərini hr@neftchi.az email ünvanına göndərə bilərlər.
Qeyd edək ki, "Neftçi TV" ilk klub televiziyası olacaq.