Türkiyənin "Akhisarspor" klubunun baş məşqçisi Yılmaz Vuralda koronavirus aşkarlanıb.
Sportnet.az-ın I liqa təmsilçisinin saytına istinadən məlumatına görə, 67 yaşlı mütəxəssislə yanaşı, komandanın daha 10 üzvü infeksiyaya yoluxub. Onlardan 3-ü futbolçudur.
Qeyd edək ki, pandemiya səbəbindən yarımçıq dayandırılan Türkiyə I liqası bu gün bərpa olunacaq.