Braziliyalı futbolçu Vaqner Lav Qazaxıstan "Kayrat"ı ilə müqavilə bağlayıb.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, 36 yaşlı hücumçu dekabradək Almatı təmsilçisinin formasını geyinəcək. "Sambaçı" yeni komandaya keçidindən məmnunluğunu dilə gətirib.
Qeyd edək ki, Vaqner Lav Braziliyanın "Palmeyras", "Flamenqo" və "Korintians", Rusiyanın MOİK, Çinin "Şandonq Lunenq", Fransanın "Monako", Türkiyənin "Alanyaspor" və "Beşiktaş" komandalarının formasını geyinib. O, 2004 - 2010-cu illərdə çıxış etdiyi Braziliya millisində 25 oyuna 9 qol vurub. Lav MOİK-də ikən ilk qolunu 2004-cü il avqustun 4-də Moskvada keçirilmiş Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşündə "Neftçi"nin qapısından keçirib. Həmin görüş Rusiya təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:0.