Slovakiya milli komandasının sabiq futbolçusu Marian Çişovski 40 yaşında vəfat edib.
Sportnet.az-ın məlumatına görə, keçmiş müdafiəçiyə yan amiotrofik skleroz (ALS) diaqnozu qoyulub. Çişovski 2005/2006 mövsümündə Avropa Liqasının I təsnifat mərhələsinin hər iki görüşündə (0:1, 3:1) "Bakı"ya qarşı forma geyinib. O, ev oyununda qollardan birinin müəllifi olub.
Mərhum futbolçu "Viktoriya" (Plzen), "Jilina", "İnter" (Bratislava) və Rumıniya "Politexnika"sında da çıxış edib.Çişovski Slokaviya yığmasının heyətində isə 15 oyun keçirib.