
Türkiyənin "Gənclərbirliyi" klubunun yeni baş məşqçisi müəyyənləşib.
Sportnet.az Superliqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, komanda Mert Nobreyə həvalə olunub.
Braziliya əsilli türk mütəxəssislə 1+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Türkiyədə "Fənərbağça", "Beşiktaş", "Ərzurumspor" klublarının formasını geyinmiş Mert Nobrenin son komandası məhz "Gənclərbirliyi" olub.