Türkiyə millisinin futbolçusu Enes Ünalın yeni komandası müəyyənləşib.
Sportnet.az xəbər verir ki, 2019/2020 mövsümünü icarə əsasında İspaniya "Real Valyadolid"ində keçirən 23 yaşlı hücumçu La Liqanın digər təmsilçisi "Xetafe"yə transfer olunub.
Klubun rəsmi saytının yaydığı məlumata görə, onunla 5 illik sözləşmə imzalanıb. Bunadək müqavilə ilə "Vilyarreal"a məxsus olan Ünalın keçidi üçün 9 milyon avro təzminat ödənilib.
Qeyd edək ki, ötən mövsüm İspaniya çempionatının 37 oyununda meydana çıxan Enes Ünal 8 qol vurub və 2 məhsuldar ötürmə edib.