
“Çempionata hazırlıq çərçivəsində son yoxlama oyunumuzu keçirdik. Ümumi hazırlığımızı istədiyimiz kimi başa vurduq".
Sportnet.az xəbər verir ki, bunu "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev "Neftçi"yə 1:2 hesabı ilə uduzduqları yoxlama oyunundan sonra deyib.
Gənc mütəxəssis komandasının oyundan-oyuna istədiyini meydanda göstərməyə başladığını bildirib: Heyətə yeni qoşulan oyunçular var və getdikcə onların komandaya faydaları dəyəcək. Əlbəttə, güclənməyə ehtiyac var və bu yöndə axtarışlarımız davam edir”.