UEFA Çempionlar Liqasında yarımfinal matçlarından sonra həftənin ən yaxşı futbolçusu müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, bu ada Almaniyanın "Bavariya" klubunun yarımmüdafiəçisi Serj Qnabri layiq görülüb.
22 yaşlı oyunçu azarkeşlərin səsverməsinə əsasən, komanda yoldaşı Robert Levandovskini və Fransa PSJ-sindən Neymar ilə Anxel Di Marianı üstələyib.
Qeyd edək ki, avqustun 23-də keçiriləcək Çempionlar Liqasının final matçında PSJ və "Bavariya" üz-üzə gələcək.