Niderlandın "Eyndhoven" və "Katveyk" komandaları arasında keçirilmiş yoldaşlı matçında maraqlı hadisə baş verib.
Sportnet.az-ın "Voetbal International" nəşrinə istinadən xəbər verir ki, qarşılaşma 44-cü dəqiqədə dayandırılıb.
"Eyndhoven" klubu rəqib oyunçuların həddindən artıq kobud oynadıqlarını əsas gətirərək oyunu yarımçıq tərk edib.
"Katveyk"in idman direjtoru Siza Bruininka məsələ ilə bağlı açıqlama verib. O, hər iki komandanın kobud oynadığını və iki sarı vərəqə aldığını söyləyib: "Biz ciddi xərclər çəkdik, onlar isə bizi məyus etdilər. Bu həftə vəkillərimizlə məsləhətləşəcəyik. Bu, klubumuzun nüfuzuna mənfi təsir etdi. Müxtəlif sahələrə və potensial sponsorlara təsir göstərə bilər"