
Almaniyanın "Bavariya" klubu ilə Çempionlar Liqasını (ÇL) qazanan Filippe Koutinyo karyerasını yenidən İngiltərədə davam etdirə bilər.
Sportnet.az "Daily Mail"ə istinadən xəbər verir ki, "Arsenal" 28 yaşlı yarımmüdafiəçini icarəyə götürmək niyyətindədir.
Braziliyalı oyunçu müqavilə ilə İspaniyanın "Barselona" klubuna məxsusdur. O, 2013 - 2018-ci illərdə İngiltərə "Liverpul"unun formasını geyinib.
Qeyd edək ki, "Bavariya" ÇL-in finalında Fransa PSJ-sini 1:0 hesabı ilə məğlub edərək 6-cı dəfə kubokun qalibi olub.
2019/2020 mövsümünü icarə əsasında "Bavariya"da keçirən Koutinyo 37 matçda meydana çıxıb, 11 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.