Azərbaycanlı FIFA referisi Əliyar Ağayev UEFA-nın aparıcı hakimlər üçün təşkil etdiyi mövsümöncəsi hazırlıq prosesinə dəvət alıb.
Sportnet.az-ın məlumatına görə, avqustun 26-da start götürəcək təlimlər videokonfrans formatında olacaq. İki günlük toplanışa elit və birinci kateqoriyalı, həmçinin VAR hakimləri cəlb edilib.