PSJ və "Lens" komandaları arasında keçiriləcək Fransa çempionatının II tur matçı təxirə salınıb.
Sportnet.az Fransa Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, qərar Paris təmsilçisinin tələbinə əsasən, "Lens" və yayımçı telekanalla razılaşdırıldıqdan sonra qəbul edilib.
Qeyd edək ki, daha əvvəl avqustun 30-a təyin edilən "Lens" - PSJ matçı sentyabrın 10-da gerçəkləşəcək. Paris klubu Çempionlar Liqasınınn finalında Almaniya "Bavariya"sına 0:1 hesabı ilə uduzub.