
21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycanın müvafiq yaş qrupundan ibarət millisi ilə qarşılaşacaq Fransa yığmasının heyəti açıqlanıb.
Sportnet.az məlumatına görə, baş məşqçi Silven Ripol siyahıya 3 qapıçı, 8 müdafiəçi, 7 yarımmüdafiəçi, 5 hücumçu əlavə edib.
Heyətdə İngiltərənin "Arsenal" klubunun müdafiəçisi Matteo Genduzi də var.
Qapıçılar: Dimitri Berto (Monpelye), Alban Lafont (Nant), İllan Meslier (Lids, İngiltərə);
Müdafiəçilər: Benua Badiaşile ("Monako"), Melvin Bard ("Lion"), Kolin Daqba (PSJ), Bafode Diakite ("Tuluza"), Bubakar Kamara ("Marsel"), Jül Kunde ("Sevilya", İspaniya), Krist-Emanuel Faytout Maoussa ("Renn"), Obite Evan Ndiçka ("Ayntraxt", Almaniya
Yarımmüdafiəçilər: Maksen Kaquere ("Lion"), İbrahima Diallo ("Brest"), Matteo Genduzi ("Arsenal", İngiltərə), İmran Louza ("Nant"), Arno Nordin ("Sent-Etyenn"), Ceff Peyn-Adelaid ("Lion"), Bubakari Soumare ("Lill")
Hücumçular: Mussa Diabi ("Bayer", Almaniya), Erik Dina Ebimbe ("Dijon"), Amine Qouiri ("Nitsa"), Brayan Mbeumo ("Brentford", İngiltərə), Odson Eduard ("Seltik", Şotlandiya)
Qeyd edək ki, U-21-in Fransa ilə matçı Sumqayıtdakı "Kapital Bank Arena"da keçiriləcək. Qarşılaşma saat 21:00-da start götürəcək.