Türkiyə "Fənərbağça"sı daha bir futbolçu ilə yollarını ayırıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi yarımmüdafiəçisi Tolqay Arslanla vidalaşıb.
30 yaşlı oyunçunun müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.
2019-cu ilin yanvarında "Beşiktaş"dan "Fənərbağça"ya keçən T.Arslan bu komandanın heyətində 33 oyunda meydana çıxıb, 2 məhsuldar ötürmə və 1 qolla yadda qalıb.
Qeyd edək ki, "Fənərbağça" daha əvvəl Alper Potuk və Mevlüt Erdinclə əməkdaşlığa son qoyub.