İngiltərənin “Mançester Siti” komandasının iki futbolçusu koronavirusa yoluxub.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, testi pozitiv çıxanlar yarımmüdafiəçi Riyad Mahrez və müdafiəçi Emerik Lyaportdur. Hər iki oyunçu xəstəliyi simptomsuz keçirirlər və hazırda özlərini təcrid ediblər.
Qeyd edək ki, Emerik Laport "Mançester Siti"də 2018-ci ilin qışından, Riyad Mahrez isə həmin ilin yayından çıxış edir. Onlar İngiltərə çempionluğu, ölkə kuboku, liqa kuboku və Superkuboku qazanıblar. Premyer Liqa sentyabrın 12-də start götürəcək.