Almaniyanın "Hamburq" klubunun futbolçusu Toni Leystner azarkeşlə dalaşıb.
Sportnet.az-ın məlumatına görə, 30 yaşlı müdafiəçi ölkə kubokunun ilkin mərhələsində Drezden "Dinamo"suna 1:4 hesabı ilə uduzduqları matçdan sonra tribunaya tərəf gedib. Qarşılaşmada sarı vərəqə ilə cəzalanmış Leystner müsahibəsini yarımçıq dayandırıb və tribunaya qalxıb.
30 yaşlı almaniyalı oyunçu bir qrup fanata fiziki təzyiq göstərdikdən sonra aşağı düşüb.
Qeyd edək ki, Toni Leystner 2010 - 2014-cü illərdə "Dinamo"da oynayıb. Leyster "Hamburq"a bu ilin avqustunda keçib.
Unbelievable scenes as Hamburg were knocked out by Dresden in the Cup pic.twitter.com/TWtXEM7NxI
— Andrew Cesare (@AndrewCesare) September 14, 2020