Dünya futbolunun koronavirus pandemiyasından qaynaqlanan maliyyə itkiləri 2020-ci ildə 14 milyard ABŞ dolları təşkil edəcək.
Sportnet.az-ın məlumatına görə, bu barədə "Reuters"ə COVID-19 iqtisadi fəsadlarının aradan qaldırılması üzrə FIFA Komitəsinin rəhbəri Olli Ren bildirib. Bu, ümumi klub futbol bazarının üçdə birini təşkil edir.
Ren qiymətləndirmənin mövcud ssenariyə əsaslandığını, lakin pandemiyanın səngiyəcəyi təqdirdə məbləğin dəyişə biləcəyini söyləyib: "Koronavirus pandemiyası futbola çox zərbə vurdu, müxtəlif səviyyələrdə qarışıqlığa səbəb oldu. Bəzi peşəkar klublar çox ciddi çətinliklərlə üzləşib. Akademiyalar və aşağı divizion klubları ilə əlaqədar vəziyyət məni də çox narahat edir".