"Səbail" klubunun futbolçusu Hendrik Ekşteyn Azərbaycana qayıdıb.
Sportnet.az xəbər verir ki, bu barədə "Report"a komandanın baş məşqçisi Aftandil Hacıyev məlumat verib.
39 yaşlı mütəxəssis bildirib ki, Cənubi afrikalı yarımmüdafiəçi artıq məşqlərə qoşulub: "Ekşteynin psixoloji durumu yaxşı deyildi. Özü bizə demişdi. Bakıya gələndən sonra üzr istədi. Biz də imkan yaratdıq ki, işinə davam etsin. Yəni, onun gedişi sırf pulla bağlı deyildi".
Qeyd edək ki, Hendrik Ekşteyn "Səbail"ə bu ilin yanvarında "Sabah" klubundan keçib. O, sentyabrın əvvəlində klubun icazəsi olmadan ölkəsinə yollanmışdı.