Kipr yığmasının futbolçusu Nikolas İoannu Çexiya ilə yoldaşlıq, Lüksemburq və Azərbaycanla isə UEFA Millətlər Liqasının oyunlarında iştirak edə bilməyəcək.
Sportnet.az "balla.com.cy" nəşrinə istinadən xəbər verir ki, 25 yaşlı müdafiəçi ölkəsinə yollana bilmədiyi üçün qarşıdakı matçları buraxmalı olacaq.
Hazırda İngiltərənin "Nottingem Forest" klubunda çıxış edən İoannu bildirib ki, yalnız gözlənilməz hallar istisna olmaqla sözügedən ölkəni tərk edə bilər.
Qeyd edək ki, Kipr yığması oktyabrın 7-də Çexiyanı qəbul edəcək. Komanda bundan 3 gün sonra Lüksemburqun qonağı olacaq. Kiprlilər oktyabrın 13-də isə Bakıda Azərbaycan millisi ilə qarşlışacaq. Görüş saat 20:00-da start götürəcək.