Bir müddət öncə "Neftçi"nin maraq dairəsində olan Bolqarıstan millisinin futbolçusu Martin Raynovun yeni klubu müəyyənləşib.
Sportnet.az "blitz.bg" saytına istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi ölkəsinin "Levski" komandası ilə anlaşıb.
Təcrübəli oyunçunun bu gün Sofiya təmsilçisi ilə mövsümün sonunadək müqavilə imzalayacağı gözlənilir.
Qeyd edək ki, Bolqarıstan mətbuatı daha əvvəl Martin Raynovun "Neftçi" və İsrailin "Hapoel" (Ramat-Qan) klubundan təklif aldığını yazmışdı. İddiaya görə, tərəflər sözləşmə şərtlərində razılığa gələ bilməmişdilər.