Hazırda Almaniyada yaşayan azərbaycanlı keçmiş futbol məşqçisi Aleksandr Yampolski Ordumuza dəstək olub.
Sportnet.az xəbər verir ki, bu barədə "Report"a AFFA-nın sabiq baş katibi Çingiz İsmayılov məlumat verib.
O bildirib ki, 90-cı illərdə AFFA-da işləmiş mütəxəssis Orduya 1 000 avro göndərib: "O, 1995-ci ilə qədər Bakıda yaşayıb. Yampolski Ordumuza maddi dəstək olmaq istəyib. Lakin Almaniyada yaşadığı üçün pulu birbaşa göndərə bilməyib. Bakıda yaşayan yaxın bir dostuna göndərib, həmin şəxs pulu götürüb və manata çevirdikdən sonra müvafiq hesaba ödəyib".
İsmayılov Yampolskinin atasının tarixçi olduğunu vurğulayıb: "Atası həmişə kitablarında ermənilərin Azərbaycana nə vaxt gəldiyini yazıb. Yampolski hər dəfə mənə zəng edəndə cəbhədəki durumu soruşur. Özü Bakıya bağlıdır. Bacısı Rusiyanın paytaxtı Moskvada yaşadığı üçün həm ora gedir, həm də Bakıya gəlir. Bu il də gəlmək istəyir".
AFFA-nın sabiq baş katibi deyib ki, Aleksandr Yampolski müstəqillik illərində AFFA-nın yaradıcılarından olub: "1992-ci AFFA-da yarışları keçirən şöbənin müdiri olub".