21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin səfərdə Gürcüstana qarşı keçirəcəyi Avropa çempionatının seçmə oyununun təyinatları açıqlanıb.
Sportnet.az-ın məlumatına görə, qarşılaşma Belarusdan olan hakimlər briqadasına həvalə edilib. Referi Dmitri Dmitryevə Denis Yemelyançikovla Anton İqnatsyuk köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Denis Şerbakov yerinə yetirəcək.
Qeyd edək ki, oktyabrın 13-də Qori şəhərində keçiriləcək Gürcüstan - Azərbaycan matçı Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.