UEFA Çempionlar Liqasının ilk turunda Fransanın PSJ və İngiltərənin "Mançester Yunayted" komandaları arasında keçiriləcək oyuna azarkeşlər buraxılmayacaq.
Sportnet.az-ın məlumatına görə, bu, Fransa prezidenti Emmanuel Makronun İl-de-Frans regionunda komendant saatı tətbiq etməsi ilə əlaqədardır. Sərəncama əsasən, saat 21:00-dan səhər saat 6:00-dək küçələrə çıxmaq və stadionlara getmək qadağandır.
Qeyd edək ki, oktyabrın 20-də keçiriləcək PSJ - "Mançester Yunayted" oyunu Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.