"Azərbaycanın müstəqillik günü münasibətilə hamını təbrik edirəm. Matçın birinci hissəsi eyni səviyyədə oldu, rəqib qol vurmağı bacardı. Biz hücumları sonlandıra bilmirdik, dinamiklik yox idi. İkinci yarıda üstün oynadıq. Əlimizə düşən fürsəti qola çevirə bilmiriksə, qələbə qazana bilmərik".
Sportnet.az xəbər verir ki, bu fikirləri "Sabah"ın baş məşqçisi Visente Qomes Premyer Liqanın VI turunda səfərdə "Neftçi"yə 0:1 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında deyib.
49 yaşlı mütəxəssis bildirib ki, mövsüm ərzində müxtəlif oyunlar gerçəkləşib: "Bəzən yaxşı oynayıb pis nəticə qazanmışıq, bəzən isə əksinə olub".
İspaniyalı baş məşqçisi ardıcıl 3 oyun məğlub olmaları barədə bunu söyləyib: "Dünyanın hər ölkəsində 3 uğursuz nəticədən sonra baş məşqçisini istefaya göndərə bilərlər. Əksinə ona yaxşı nəticələr qazanması üçün şans da verilə bilər. Mən hələ ki, getməyi məqsədəuyğun saymıram".
Qomes "hədəfiniz gənc oyunçu qazanmadıq, yoxsa nəticə əldə etməkdir" sualına belə cavab: "Məqsədlərimiz oyunları udmaqdır. İstəyirəm ki, gənclər də oynasın. Amma əsas məqsəd nəticə qazanmaqdır".