Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığması ilə qarşılaşacaq Polşanın qadın futbolçulardan ibarət millisində koronavirus aşkarlanıb.
Sportnet.az Polşa Futbol Assosiasiyasına istinadən xəbər verir ki, Katarjina Daleşikin testi müsbət nəticə verib. 30 yaşlı yarımmüdafiəçi təlim-məşq toplanışına qatıla bilməyib.
Bundan əlavə, komandanın aparıcı üzvü, Almaniya "Volfsburq"unda çıxış edən Eva Payor zədə səbəbindən heyətdən çıxarılıb. Norveçin "Klepp İL" komandası isə müdafiəçisi Aleksandra Rompienin hazırlıq prosesinə qatılmasına icazə verməyib.
Qeyd edək ki, Azərbaycan millisi Avropa çempionatında növbəti seçmə oyunlarını oktyabrın 23-də Polşa, oktyabrın 27-də Çexiyaya qarşı keçirəcək. Hər iki görüş səfərdə olacaq.