
ürkiyənin "Fənərbağça" klubu futbolçusu Qarri Rodrigeslə yollarını ayırıb.
Sportnet.az İstanbul təmsilçisinin rəsmi "Twitter" səhifəsinə istinadən xəbər verir ki, 29 yaşlı niderlandlı yarımmüdafiəçi müqavilə ilə məxsus olduğu Səudiyyə Ərəbistanının “Əl İttihad” klubuna qayıdıb. Onun sözləşməsi qarşılıqlı razılıq əsasında ləğv edilib.
Qeyd edək ki, "Fənərbağça" 2019-cu ilin iyulunda Qarri Rodrigesi iki illik icarəyə götürmüşdü. O, 2017 - 2019-cu illərdə Türkiyədə "Qalatasaray"ın formasını geyinib.