AFFA İntizam Komitəsi Azərbaycan I Divizionunda çıxış edən MOİK komandasının baş məşqçisi Ramil Əliyevi 5 oyunluq diskvalifikasiya edib.
Sportnet.az-ın məlumatına görə, gənc mütəxəssis II turun “Turan Tovuz”la ev oyununun 55-ci dəqiqəsində hakimi təhqir etdiyi üçün meydandan kənarlaşdırılıb. Bu səbəbdən, klub 400 manat cərimələnib.
Qeyd edək ki, baş hakim Rövşən Rəcəbovun idarə etdiyi görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.