
İngiltərənin "Mançester Yuneyted" və "Liverpul" komandaları Avropa Premyer Liqasına qoşulmaq üçün FIFA-ya müraciət edib.
Sportnet.az "Sky Sports"a istinadən xəbər verir ki, Avropanın nəhəng klubları ümumi büdcəsi 6 milyard ABŞ dolları olan turnir təşkil etmək niyyətindədir.
İspaniyanın "Real Madrid", "Barselona", "Atletiko", İtaliyanın "Yuventus" və Fransanın PSJ klubları yarışa qatılmaq istəyənlər sırasındadır.
FIFA-nın dəstəyi ilə keçiriləcək Avropa Premyer Liqası 2022-ci ildə başlaya bilər. Turnirdə 16 və ya 18 komandanın iştirakı planlaşdırılır.