
Türkiyənin "Ankaragücü" klubunun 4 futbolçusu koronavirusa yoluxub.
Sportnet.az xəbər verir ki, oyunçulardan əlavə bir məşqçidə də virus aşkarlanıb.
Test nəticələri müsbət olan şəxslər karantinə alınıb.
Qeyd edək ki, "Ankaragücü" turnir cədvəlində 1 xalla sonuncu - 21-ci pillədə qərarlaşıb.