
Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub.
Sportnet.az-ın məlumatına görə, turun son matçında "Qarabağ" "Zirə"nin qonağı olub.
Qarşılaşmada hesab açılmayıb və komandalar 1 xala razılaşıblar. 68-ci dəqiqədə Ağdam klubunun heyətində Rahil Məmmədov ikinci sarı vərəqəni alaraq, meydandan qovulub.
Bu heç-heçədən sonra xallarını 9-a çatdıran qonaqlar 4-cü pilləyə yüksəlib. 11-ci xalını qazanan "qartallar" isə 3-cü sıradakı mövqeyini qoruyub.
Qeyd edək ki, bu gün keçirilən ilk oyunda "Sabah" öz meydanında "Sumqayıt"a 1:2 hesabı ilə uduzub. İlk oyun günündə "Qəbələ" evdə "Səbail"lə 1:1 hesablı heç-heçəyə razılaşıb. "Neftçi" isə səfərdə "Keşlə"yə qalib gəlib - 1:0.
-------------------------------------------------------------------------------------
Bu gün Azərbaycan Premyer Liqasında VII turun daha bir oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, "Sabah" "Bank Respublika Arena"da "Sumqayıt"ı qəbul edib. Görüş meydan sahiblərinin 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.
Matçda hesabı qonaqlar açıblar. 27-ci dəqiqədə çempionatın bombardiri Əli Qurbani dəqiq zərbə ilə komandasını önə keçirib. "Gənclik şəhəri" təmsilçisinin heyətində Cavid İmamverdiyev avtoqol müəllifi olub. Qarşılaşmada son nöqtəni 90+5-ci dəqiqədə Səbuhi Abdullazadə qoyub.
Bu qələbədən sonra xallarını 14-ə çatdıran "Sumqayıt" yenidən liderliyə yüksəlib. "Sabah" isə 6 xalla 6-cı sırada qalıb.
Günün digər oyununda "Qarabağ" "Zirə"nin qonağı olacaq.
Qeyd edək ki, ilk oyun günündə "Qəbələ" evdə "Səbail"lə 1:1 hesablı heç-heçəyə razılaşıb. "Neftçi" isə səfərdə "Keşlə"yə qalib gəlib - 1:0.
------------------------------------------------------------------------------------
Bu gün Azərbaycan Premyer Liqasında VII turun son iki oyunu keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, bununla da çempionatda I dövrəyə yekun vurulacaq.
Günün ilk oyunu "Sabah" və "Sumqayıt" komandaları arasında olacaq. 6 turdan sonra 11 xalı olan qonaqlar 2-ci pillədə qərarlaşıblar. Meydan sahibləri isə 6 xalla 6-cı sırada yer alıblar. İndiyədək ölkə çempionatında 7 dəfə üz-üzə gəlmiş tərəflərin duelində "gənclik şəhəri" təmsilçisi 4, Masazır klubu 2 qələbə qazanıb. 1 oyunda isə qalib müəyyənləşməyib. Topların fərqi də Ayxan Abbasovun başçılıq etdiyi komandanın xeyirinədir - 11:6. “Sumqayıt” son 5 oyunda meydanı qolsuz tərk etməyib. “Sabah” isə evdə qələbə qazanmayıb.
Tur “Zirə” – “Qarabağ” oyunu ilə yekunlaşacaq. Hazırda 10 xalla 3-cü pillədə olan "qartallar" bir oyun az keçirən və 5-ci sırada qərarlaşan Ağdam təmsilçisini 2 xal qabaqlayır. Bu, "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov uzun illər formasını geyindiyi "köhlən atlar"a qarşı ilk sınağı olacaq. Komandalar bunadək Premyer Liqada 19 dəfə qarşılaşıblar. Meydan sahibləri bu matçların heç birində qələbə qazana bilməyib. 14 oyun "Qarabağ"ın xeyirinə başa çatıb. 5 matç isə heç-heçə ilə yekunlaşıb. Qurban Qurbanovun başçılıq etydiyi komanda topların fərqində də aşkar üstünlüyə malikdir - 43:8. “Qarabağ” son 6 səfərdə xal itirməyib.
25 oktyabr (bazar)
Azərbaycan Premyer Liqası
VII tur
14:00. “Sabah” – “Sumqayıt” 1:2
Qollar: Cavid İmmaverdiyev, 64 (avtoqol) - Əli Qurbani, 27, Səbuhi Abdullazadə, 90+5
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Qəzənfər Məmmədov, Rauf Allahverdiyev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
"Bank Respublika Arena".
16:00. "Zirə” – “Qarabağ” 0:0
Qırmızı vərəqə: Rahil Məmmədov, 68
Hakimlər: Rəvan Həmzəzadə, Zeynal Zeynalov, Cəmil Quliyev, Əliyar Ağayev
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Eldəniz Musayev
Zirə İdman Kompleksinin stadionu.
Qeyd edək ki, ilk oyun günündə "Qəbələ" evdə "Səbail"lə 1:1 hesablı heç-heçəyə razılaşıb. "Neftçi" isə səfərdə "Keşlə"yə qalib gəlib - 1:0.