
Azərbaycan Premyer Liqasında IX turun “Sabah” - “Zirə” matçının vaxtı müəyyənləşib.
Sportnet.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, görüş noyabrın 8-də keçiriləcək.
"Bank Respublika Arena" oynanılacaq qarşılaşma saat 17:00-da start götürəcək.
Qeyd edək ki, bu günə planlaşdırılan oyun Masazır təmsilçisinin bəzi futbolçularında koronavirus şübhəsi təsbit edildiyi üçün təxirə salınıb.