"Milliyə qayıtmaq xoşdur. Təəssüf ki, nəticə istədiyimiz kimi yaxşı olmadı".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri Sloveniya yığmasının futbolçusu Yosip İliçiç yerli telekanallardan birinə açıqlamasında Azərbaycanla yoldaşlıq oyunu barədə danışarkən deyib.
32 yaşlı hücumameylli yarımmüdafiəçi rəqibin yaxşı komanda olduğunu bildirib: "Sübut etdik ki, oynamağı bacarırıq. İndikindən daha yaxşı ola bilərik. Azərbaycan real və tələbklar komandadır. Onlar da futbol oynamağı bacarır".
İtaliyanın "Atalanta" klubunda çıxış edən təcrübəli oyunçu 1 illik fasilədən sonra milliyə qayıdışını da şərh edib: "Yığmada çox şey dəyişib. Ona görə qayıtdım ki, bu, mənim sonuncu şansımdır. Danışmaqdansa, daha çox çalışmalıyıq. Hər komandaya vaxt lazımdır".
Qeyd edək ki, Sloveniya - Azərbaycan oyunu qolsuz heç-heçə ilə başa çatıb.