"Sumqayıt" Azərbaycan Premyer Liqasının X turunun hazırda davam edən "Qarabağ"la oyununda növbəti itki ilə üzləşib.
Sportnet.az xəbər verir ki, ilk hissədə kapitanı Vurğun Hüseynovu itirən "gənclik şəhəri" təmsilçisinin heyətində bu dəfə sol cinah oyunçusu Cəmaləddin Xocaniyazov sıradan çıxıb.
50-ci dəqidədə zədələnən müdafiəçini Səbuhi Abdullazadə əvəzləyib.
Qeyd edək ki, hazırda hesab "Qarabağ"ın xeyirinədir - 4:0.