
Futbol üzrə Şotlandiya çempionatının səviyyəcə altıncı divizionunda maraqlı hadisə baş verib.
Sportnet.az-ın məlumatına görə, "Tornton Hibs"in eyniadlı futbolçuları Harri Tomson və Harri Tomson "Kreyqroyston"la matçda het-trik edib.
Oyunçular bir-biriləri ilə qohumdur. 30 yaşlı Harri Tomson 24 yaşlı komanda yoldaşının əmisi oğludur. Onlara komanda daxilində "Əkiz Tomsonlar" deyilir.
Qeyd edək ki, qarşılaşma 6:2 hesabı ilə yekunlaşıb.