"Öz stadionumuza, doğma meydanımıza qayıtmışıq".
Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ"ın futbolçusu Qara Qarayev Ağdama səfəri zamanı "İmarət" stadionunda olarkən deyib. 28 yaşlı yarımmüdafiəçi tezliklə tribunaları dolduracaqlarına əminlik ifadə edib: "Belə gözəl bir məkanda oynamaq, ev sahibliyi etmək, onun komandasının formasını geymək heç ağlıma gəlməmişdi. Baxıram ki, hər yer gözəldir".
Qeyd edək ki, Füzulidə doğulmuş Qara Qarayev 2008-ci ildən "Qarabağ"ın müxtəlif yaş qrupları üzrə komandalarından başlayaraq, peşəkar səviyyəyə yüksəlib.