
Azərbaycan Premyer Liqasında çıxış edən "Səbail" komandasının baş məşqçisi Aftandil Hacıyevdə koronavirus aşkarlanıb.
Bu barədə Sportnet.az-a klubun Mətbuat xidmətindən məlumat verilib.
39 yaşlı mütəxəssisin test nəticəsinin müsbət çıxdığı bildirilib. Hacıyevdə xəstəliyin simptomları müşahidə edilməsə də, o, 2 həftə ev şəraitində təcrid olunub.
Baş məşqçidən fərqli olaraq, futbolçuların hamısında analizin cavabı mənfi çıxıb.