"Neftçi"nin baş məşqçisi Samir Abasov səfərdə "Sabah" komandası ilə keçirdikləri Azərbaycan Premyer Liqasının XII tur oyunu zamanı diqqət mərkəzində olub.
Sportnet.az-ın məlumatına görə, 42 yaşlı mütəxəssis köməkçisi Seymur Rəhimovla birgə emosional davranışlar sərgiləyib. Onlar komanda üzvlərinə 3 dildə - azərbaycanca, rusca və ingiliscə göstərişlər veriblər və təriflər yağdırıblar.
65-ci dəqiqədə komandasının ikinci qolunu çılğın formada qeyd edən Abasovun əhval-ruhiyyəsinin xeyıi yüksəldiyi diqqətdən yayınmayıb. O, epizodların birində cərimə zərbəsi yerinə yetirməyə hazırlaşan Ömər Buludova "Topu pandemiya zonasına qaldır" deyə göstəriş verib. Onun zarafatyana sözlərinə bu zaman yaxınlıqda olan "Sabah"ın futbolçusu, uzun müddətdir Azərbaycanda yaşayan Kevin Kubemba da gülüb.
Qeyd edək ki, görüş "Neftçi"nin qələbəsi ilə yekunlaşıb - 2:0.