"Keşlə" klubu futbolçusu Aleksandr Kriştovao ilə müqaviləyə birtərəfli qaydada xitam verib.
Klubdan Sportnet.az-a verilən məlumata görə, anqolalı hücumçu artıq paytaxt təmsilçisinə məxsus deyil.
Ötən ilin yayında komandanın düşərgəsini icazəsiz tərk edən 28 yaşlı forvard "Keşlə"dən FIFA-ya şikayət edib. Klub da öz növbəsində təcrübəli oyunçu ilə bağlı ali futbol qurumuna üz tutub.
Məsələnin mart ayından tez həllini tapmayacağı bildirilib.